Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2020 22:28
"İnter"də icarə əsasında çıxış edən Aleksis Sançes bu yay müqavilə ilə məxsus olduğu "Mançester Yunayted"ə qayıtmağa yaxındır.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A seriyası təmsilçisi çilili hücumçunu birdəfəlik almaq hüququndan istifadə etməyi planlaşdırmır. Bildirilir ki, komandanın baş məşqçisi Antonio Konte 31 yaşlı futbolçunu növbəti mövsüm üçün heyətdə görməyi düşünmür. O, daha gənc və maaşı normal olan oyunçuların alınmasını istəyir.
Qeyd edək ki, A.Sançes bu mövsümü əvvəlindən icarə əsasında "İnter"də oynayır.
Xatırladaq ki, bundan əvvəl "MY"nın baş məşqçisi Ole-Qunnar Sulşer də Sançesin geri qayıtmalı olduğunu söyləmişdi.