Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtobusda qadın sərnişin sürücü ilə qırğına çıxdı - VİDEO

Avtobusda qadın sərnişin sürücü ilə qırğına çıxdı - VİDEO

Tarix: 7 Oktyabr 2025 12:42

Gəncədə ictimai nəqliyyatda sürücü ilə sərnişin arasında mübahisə yaşanıb.

Sonxeber.net xəbər verir ki, hadisənin "Baku Bus" marşrut avtobuslarının birində baş verdiyi qeyd olunub.

Məlumata görə, avtobusun gec gəlməsi və sərnişinlərlə dolu olması səbəbindən bir qadın nəqliyyata minə bilməyib. Bu vəziyyət qadını özündən çıxarıb və o, sürücüyə kəskin etiraz edib.

Şahidlərin sözlərinə görə, qadın avtobusların intervala əməl etməməsini və çox vaxt dolu gəldiyini bildirərək narazılığını ifadə edib. 

Hadisə anı ətrafdakı vətəndaşlardan biri tərəfindən mobil telefonla qeydə alınıb və görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Musa


Etiketlər:  Avtobusda qadın sərnişin sürücü ilə qırğına çıxdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ