Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2025 15:16
Bakının Binə qəsəbəsində qəribə hadisə baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə iki qadının gecə saatlarında bir məzarlığa bənzər ərazidə torpaq qazaraq nəsə basdırdığı əks olunub.
Sonxeber.net xəbər verir ki, hadisə şahidinin qeydə aldığı görüntüdə qadınlar əvvəlcə ətrafa diqqətlə baxaraq heç kimin onları görmədiyinə əmin olmağa çalışıblar. Daha sonra torpağa bir paketin içərisinə yanmış uşaq gəlinciyi qoyub basdırıblar.
Hadisəni mobil telefonu ilə çəkən şəxs məzarlığa gedərək qadınların iyrənc əməlini ifşa edib.
Sosial şəbəkələrdə paylaşılan video qısa zamanda geniş müzakirələrə səbəb olub. İzləyənlərin bəziləri məsələnin ciddi şəkildə araşdırılmalı olduğunu bildiriblər.
Musa