Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2020 00:00
"Yuventus"un daha bir futbolçusunda koronavirus infeksiyası aşkarlanıb.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, hücumçu Paulo Dibalanın testləri müsbət nəticə verib.
Bu barədə argentinalı superulduz özü məlumat yayıb. O bildirib ki, həm özünün, həm də sevgilisi Oriana Sabatininin koronavirusa yoluxduğu müəyyənləşib. Onlar artıq karantinə alınıblar.
Qeyd edək ki, bundan əvvəl "Yuventus"un müdafiəçisi Daniele Ruqani və yarımmüdafiəçisi Blez Matuididə də koronavirus xəstəliyi aşkarlanıb.