Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2020 10:56
İtaliyanın "Milan" futbol klubunun hücumçusu Zlatan İbrahimoviç karyerasını 2019/20 mövsümünün sonunda başa vura bilər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, 38 yaşlı futbolçu qışda "Milan"la müqavilə imzalayıb və onun müddəti 30 iyunda başa çatır. Futbolçu italyan klubunda bütün turnirlərdə 10 matç keçirib, dörd qol vurub və bir qolla nəticələnən ötürmə edib.
Karyerası müddətində İbrahimoviç Niderland (Ayaks), İtaliya (İnter), İspaniya (Barselona), Fransa (PSJ) çempionatlarını, bu ölkələrin kuboklarını və superkublarını qazanıb. İngiltərənin "Mançester Yunayted"ində hücumçu kimi Avropa Liqasının qalibi olub. İsveçdə milli yığmanın heyətində Z.İbrahimoviç 116 matç keçirib, 62 dəfə fərqlənib, milli komandanın tarixində ən yaxşı bombardir və 11 dəfə (2005, 2007-2016) ilin futbolçusu seçilib.
"Milan" 36 matçda 26 xal toplayaraq İtaliya çempionatının turnir cədvəlində yeddinci sırada qərarlaşıb. Turnir COVİD-19 virusunun yayılması səbəbindən dayandırılıb.