Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''A Seriyasının bərpa olunacağına inanmıram''

''A Seriyasının bərpa olunacağına inanmıram''

Tarix: 22 Mart 2020 18:54

"Mövsümün necə bitəcəyini birlikdə görəcəyik. Ancaq məncə, mövsümü başa vurmaq mümkün olmayacaq".

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Roma"nın futbolçusu Xavyer Pastore İtaliya mətbuatına açıqlamasında deyib.

Argentinalı yarımmüdafiəçi məşqlərin də dayandırıldığı üçün A Seriyasının bərpasına inanmadığını bildirib: "Uzun müddətdir fasilədir və bu, xeyli davam edir. Yenidən oyunlara hazır olmağımız üçün 20-30 gün məşq etməliyik. Onsuz da ölkə xaricində gedən futbolçular üçün 14 günlük karantin lazımdır. Bu səbəbdən çempionatın bərpa ediləcəyinə inanmıram".

Qeyd edək ki, 26-cı turda dayandırılan A Seriyasında turnir cədvəlinə 63 xalla "Yuventus" başçılıq edir.

Milli.Az


Etiketlər:  Seriyasının bərpa olunacağına inanmıram


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ