Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2020 20:27
Çinli mütəxəssislər koronavirusdan sağalan şəxslərin ağciyərlərindən götürülən nümunələri analiz ediblər.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, analiz nəticəsində koronavirusun ağciyərlərə qalıcı zərbə vurduğu aşkar edilib. Belə ki, mütəxəssislər virusdan sağalmış 140 şəxsin ağ ciyərindən götürülən nümunlər üzərində araşdırma aparıblar.
Analizin nəticələrinə əsasən, sağalmış insanların ağ ciyərlərində su və şüşəyəbənzər hissəciklər aşkarlanıb. Araşdırma zamanı o da bəlli olub ki, zədə qalıcıdır.
Eyni zamanda, xəstəlikdən sağalanların ağ ciyərlərinin funksiyalarının zəiflədiyi təsbit olunub.