Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qattas Azərbaycandakı durumdan danışdı

Qattas Azərbaycandakı durumdan danışdı

Tarix: 23 Mart 2020 12:40

"Biz çətin dövr keçiririk. Baxmayaraq ki, koronavirusa yoluxanların sayı digər ölkələrdəki qədər çox deyil. İnsanlar təşvişdədir, bir neçə gündən sonra hər şey bağlanacaq".

Bunu "Qəbələ"nin futbolçusu Rodriqo Qattas ADN radiosuna müsahibəsində deyib. Hazırda Azərbaycanda evdə olduğunu bildirən 29 yaşlı hücumçu lazım olduqda çölə tək çıxdığını bildirib: "Hələlik burada vəziyyət normaldır, yaxşı təmin olunmuşuq. İnsanlar maskada gəzir, işləyirlər. Hələlik müvafiq tədbirlər görülməyib".

"Qəbələ"dəki ilk həftələrindən danışarkən, çilili legioner futbol mövzusunun fərqli olduğunu bildirib: "Biz bir həftə əvvəl məşqləri dayandırmışıq. Get-gedə yerli mədəniyyətə daha çox assimilyasiya edirik. Hələlik 30-35 təsdiqlənmiş koronavirusa yoluxma halı var. Amma fikrimcə, onların sayı daha çox olacaq".

Qattas vətənindəki vəziyyəti necə gördüyünü də açıqlayıb: "Çili hazırda özünün çətin dövrlərini yaşayır. Hətta uzaqdan belə bunu görmək çox kədərlidir. Amma fikrimcə, Çilidə virusla bağlı problem Azərbaycandakından ağırdır. Ümidvaram ki, bunu həll etmək olar. Çünki müvafiq tədbirlərin hələ görülmədiyi sezilir".

Qeyd edək ki, Rodriqo Qattas "Qəbələ" ilə fevralın 11-də 1,5 illik müqavilə bağlayıb (report).  

 


Etiketlər:  Qattas Azərbaycandakı durumdan danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ