Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2020 13:27
Bakı. İlhamə İsabalayeva - Trend:
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 000 manat məbləğində vəsait köçürəcək.
Komitədən Trend-ə verilən məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan "Ərazi Tikinti-Planlaşdırma Mərkəzi" publik hüquqi şəxsi tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 000 manat məbləğində vəsait köçürülməsi qərara alınıb.
Bütün dünyanın koronavirusa qarşı mübarizə apardığı bu dövrdə Komitənin kollektivi də xalqımızla həmrəydir.