Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 08:16
Koronavirusa görə xüsusi rejim elan olunandan sonra çox insanın məsafədən çalışması internetə tələbatı artırıb. Bir çox sosial platformalar internetdən istifadəni balanslaşdırmaq məqsədilə tədbirlərə əl atmalı olublar. Feysbuk və İnstaqram da videoların keyfiyyətinu aşağı salacağını bildirib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkət rəsmiləri bu qərarın yalnız avropalı istifadəçilərə şamil olunacağını bildiriblər.
Videolardakı aşağı keyfiyyət bir müddət davam edəcək və internet tələbatının balanslaşdırılması məqsədi daşıyır. Bu, istifadəçilərin Feysbuk və İnstaqramdan daha rahat yararlanmalarını təmin edəcək.
Qeyd edək ki, bir müddət öncə YouTube, Amazon və Netflix də bu istiqamətdə işlər aparıldığını, video keyfiyyətinin aşağı salınacağını bildirmişdilər.
Xatırladaq ki, Feysbuk Avropada gün ərzində 288 milyon istifadəçiyə xidmət edir.