Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Google Translate-də yeni funksiya – Transcribe

Google Translate-də yeni funksiya –  Transcribe

Tarix: 24 Mart 2020 08:32

Google bir neçə ay öncə Continuous Translation adlı funksiyasını ictimaiyyətə nümayiş etdirib. İndi isə həmin funksiya Transcribe olaraq təqdim olunub.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Transcribe funksiyası səsi dərhal yazıya çevirib tərcümə etməyə imkan verir.

Bu vaxta kimi səsin tərcüməsi prosesi daha çətin həyata keçirilirdi. Belə ki, əvvəlcə mətni yazmaq və ya diktə etmək, daha sonra isə tərcüməyə başlamaq lazım gəlirdi.

Sözügedən funksiyanı işə salmaq üçün Google Translate proqramında Transcribe düyməsini sıxmaq lazımdır.

Hazırda funksiya 8 dili dəstəkləyir: İngilis, Fransız, Alman, Hind, Portuqal, Rus, İspan və Tayland.


Etiketlər:  Google Translate yeni funksiya Transcribe


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ