Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun episentrində səyahət məhdudiyyəti aradan qaldırılır

Koronavirusun episentrində səyahət məhdudiyyəti aradan qaldırılır

Tarix: 24 Mart 2020 09:40

Bakı. Trend:

Koronavirus pandemiyasının mənbəyi olan Çinin Hubey əyalətində səyahət məhdudiyyəti aradan qaldırılır.

Trend-in məlumatına görə, martın 25-dən etibarən Uhan şəhəri istisna olmaqla əyalət ərazisindəki sağlam sakinlər sərbəst hərəkət edə və iş yerlərinə qayıda biləcək.

Həmçinin sakinlərin digər əyalətlərə giriş-çıxışına da icazə veriləcək.

Uhan şəhərində isə səyahət məhdudiyyətinin aprelin 8-dək qüvvədə qalacağı bildirilib.

Qeyd edək ki, Hubey əyalətində məhdudiyyət rejimi yanvarın 23-də qüvvəyə minib.


Etiketlər:  Koronavirusun episentrində səyahət məhdudiyyəti aradan qaldırılır


RƏYLƏR