Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 12:30
Azərbaycan Premyer Liqasının arxada qalan 20 turu ölkə çempionatlarında ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklərə səbəb olub.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, 8 aydır davam edən mövsüm ilk onluqda yer alan üç futbolçunun irəliləməsi ilə nəticələnib.
Rahid Əmirquliyev və Rəşad Sadiqov 2-ci yerə şərik olaraq, Azər Məmmədovu bu mövqedən sıxışdırıblar. Rəşad Sadıqov isə Elnur Abdullayevi keçməklə 9-cu olub.
Siyahıya isə Mahmud Qurbanov başçılıq edir. Onun hesabında 421 matç var. O, Sadiqovla Əmirquliyevi 29 oyun qabaqlayır.
İlk onluq belədir:
1. Mahmud Qurbanov - 421
2-3. Rəşad Sadiqov - 392
2-3. Rahid Əmirquliyev - 392
4. Azər Məmmədov - 388
5. Aslan Kərimov -382
6. Rəşad Abdullayev - 378
7. Aqil Məmmədov - 363
8. İsmayıl Məmmədov -351
9. Rəşad Sadıqov - 343
10.Elnur Abdullayev -334