Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 13:50
Niderland Futbol Federasiyası (KNVB) koronavirus pandemiyasına səbəbindən yarımçıq dayandırılan futbol üzrə ölkə çempionatı barədə radikal qərar qəbul edə bilər.
Sonxeber.net offsideplus.az xəbər verir ki, iyunun 30-na qədər Erediviziya bərpa olunmasa, federasiya mövsümü başa çatmış elan edəcək. Bu barədə məlumatı "De Telegraaf" nəşri yayıb.
Bu vəziyyətdə yüksək liqanı heç bir komanda tərk etməyəcək. Əvəzində aşağı diviziondan iki komanda elitaya yüksələcək.
Federasiya rəhbərliyi mövsüm başa çatmadığına görə heç bir komandanı çempion elan etməyəcək. Amma üst pillələrdə qərarlaşan komandaların ölkəni avrokuboklarda təmsil edəcək.
Qeyd edək ki, Niderland çempionatında hazırda iki lider var. 25 oyuna 56 xal toplamış "Ayaks" və "AZ Alkmaar" klubları ilk iki pilləni bölüşürlər. "Feyenoord" isə 50 xalla üçüncüdür.