Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 17:48
Bu yay Tokioda keçirilməli olan Yay Olimpiya Oyunları koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınıb.
Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Şinzo Abe məlumat verib.
O, bu gün Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Oyunların Təşkilat Komitəsinin rəhbəri Esiro Mori ilə yarışın təxirə salınması məsələsini müzakirə edib. Şinzo Abe telefon vasitəsilə keçirdikəri konfransda ortaq məxrəcə gəldiklərini bildirib: "Mən cənab Baxa yarışın gələn ilə təxirə salınmasını təkllif etdim. O, mənimlə 100 faiz razıdır" - deyə baş nazir qeyd edib.
Olimpiyadanın gələn il hansı tarixlərdə keçiriləcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməli idi.