Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 19:26
"Liverpul"un futbolçusu Joel Matip ötən mövsüm Çempionlar Liqasının yarımfinalında "Barselona"ya qalib gəldikləri oyunu xatırlayıb.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi matçdan sonra Kataloniya klubunun hücumçusu Lionel Messinin çox məyus olduğunu deyib:
"Oyundan sonra qol-qola girərək mahnı oxuyurduq. Karyeramın ən gözəl anlarından biri idi. Heç nə vecimə deyildi. Azarkeşlərlə mahnı oxuyarkən sanki buludların üzərində idim. Sonra dopinq testi otağına getdim. Orada bir adam oturmuşdu. Çox məyus idi. Həmin şəxs Lionel Messi idi.
Bir-birimizi meydançalardan tanıyırlq Amma hər gün kiçik bir otaqda birgə qəhvə içdiyimiz insanlar qədər tanımırıq. Hər kəs qələbəni və növbəti mərhələyə vəsiqə qazanmağı qeyd edirdi. Mən də bir otaqda Messi ilə oturmuşdum".
Qeyd edək ki, yarımfinalın ilk oyununda "Barselona" "Liverpul"a 3:0 hesabı ilə qalib gəlsə də, "mersisaydlılar" cavab matçında 4:0 hesablı qələbə qazanaraq finala vəsiqə qazanmışdı.