Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər tibbi ləvazimat var - Səhiyyə naziri

Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər tibbi ləvazimat var - Səhiyyə naziri

Tarix: 24 Mart 2020 21:33

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər tibbi ləvazimat və dərman ehtiyatları var.

Trend-in məlumatına görə, bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin “Hədəf” proqramında deyib.

Nazir qeyd edib ki, Azərbaycana əlavə olaraq da tibbi vasitələr gətirilir. Görülən tədbirlər nəticəsində Azərbaycanda vəziyyət sabitdir:

“Dünya təcrübəsi göstərir ki, lazımi tədbirlər görməyən ölkələrdə vəziyyət pisdir. Ancaq Azərbaycanda vaxtında görülən tədbirlər nəticəsində vəziyyət nəzarət altındadır. Operativ Qərargah tərəfindən verilən qərarlar vacib qərarlardır və buna əməl olunmalıdır. Qərarların məqsədi yoluxmanın qarşısını almaq və insanların sağlamlığının qorunmasıdır”.

Nazir əlavə edib ki, burada vətəndaşlar məsuliyyətli olmalı və qərarlara riayət etməlidirlər.


Etiketlər:  Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər tibbi ləvazimat Səhiyyə naziri


RƏYLƏR