Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Google Chrome-dakı yenilənmələr dayandırılır – SƏBƏB

Google Chrome-dakı yenilənmələr dayandırılır – SƏBƏB

Tarix: 24 Mart 2020 22:12

Google rəsmiləri platformanın mümkün olduğu qədər sürətli və problemsiz işləməsini təmin etmək məqsədilə Chrome və Chrome OS-ə yeni xüsusiyyətlər əlavə etməyi dayandırıblar.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət təmsilçiləri aparılan yenilənmə işlərinin bir sıra istifadəçilər üçün problem yaratdığını, cihazlarda donmalara səbəb olduğunu bildiriblər.

Qeyd olunub ki, Google hazırda kibertəhlükəsizliklə əlaqədar yeniliklərə üstünlük verir.

Hazırda Chrome 81-in test mərhələsində olduğu, bir çox yeniliklərin məhz həmin versiyada yayımlanacağı deyilir.

Milli.Az


Etiketlər:  Google Chrome dakı yenilənmələr dayandırılır SƏBƏB


RƏYLƏR