Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin günlərində pozitivə necə köklənək? - Məsləhətlər

Karantin günlərində pozitivə necə köklənək? - Məsləhətlər

Tarix: 25 Mart 2020 10:18

Sizə pozitiv təsir etməyən informasiyaları oxumağa və ya onlara baxmağa sərf etdiyiniz vaxtı azaldın. Xəbərlərlə tanış olmaq üçün konkret bir vaxt seçin. Məlumatları daha dəqiq mənbələrdən oxumağa üstünlük verin.

Sonxeber.net xəbər verir ki, Axar.az-ın məlumatına görə bu barədə dünyada yayılan ölümcül koronavirus pandemiyası zamanı psixikanı qorumağın yolları ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı tövsiyələrdə qeyd edilib. Bildirilib ki, informasiya yalnız rəsmilərdən və səhih mənbələrdən əldə edilməlidir.

Koronavirusla bağlı həştəq xəbərlərini oxumayın, sosial şəbəkələrdən bir az kənarlaşın, daha çox kitab oxumağa çalışın. Çıxış yollarından biri də insanı müzakirələrə cəlb edə biləcək bildirişləri qapatmaq, istəmədiyiniz mövzulardan yazan profilləri izləmədən çıxarmaqdır.

Həmçinin mütəxəssislərin fikrincə, hər kəs onu həyəcanlanmağa məcbur edən Votsap qruplarını və Feysbuk statuslarını, digər informasiya mənbələrini bloklamalıdır.

Əsəblərinizin gərilməsinə imkan verməyin. Pandemiya həftələr və hətta aylarla davam edə bilər. Ona görə də mütəxəssislər fürsəti olanlara bol günəş şüası qəbul etməyi məsləhət görürlər.

Həmçinin idmanla məşğul olmağı, yaxşı qidalanmağı və bol su içməyi də tövsiyə edirlər.


Etiketlər:  Karantin günlərində pozitivə necə köklənək Məsləhətlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ