Tarix: 25 Mart 2020 10:28
İngiltərə Premyer Liqasının 8 klubu UEFA tərəfindən cəzalandırılan “Mançester Siti”nin növbəti mövsüm Çempionlar Liqasında iştirak etməsini istəmir.
Qol.az “Daily Mail”ə istinadən xəbər verir ki, klublar “şəhərlilər”in ÇL-in püşkatmasına qatılmaması üçün bir hüquq şirkəti vasitəsilə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət ediblər. Bu 8 klub arasında “Liverpul”, “Çelsi”, “Mançester Yunayted” və “Arsenal”ın da olduğu bildirilir.
UEFA 2012-16-cı illərdə maliyyə feyr-pley qaydasını pozduğu üçün “Mançester Siti”ni qarşıdakı 2 mövsümdə Avropa kuboklarına buraxmamaq haqda qərar verib. Klub isə cəzanın ləğvi üçün CAS-a müraciət edib. Sözügedən 8 klub isə cəzanın ləğvinin qəti əleyhinədir.