Tarix: 25 Mart 2020 13:18
“Bavariya” qapıçısı Manuel Noyer ilə yeni müqavilə üçün danışıq aparır.
Qol.az “Bild”ə istinadən xəbər verir ki, Münhen klubu 33 yaşlı qolkiper və onun agenti ilə razılığa gələ bilmir.
Daha əvvəl Almaniya mətbuatı Noyerin klubun fəxri prezidenti Frans Bekkenbauerlə yaxşı münasibətdə olmadığı və bunun yeni müqavilə imzalanmasını çətinləşdirdiyini yazmışdı.
İspaniya mətbuatında isə “Bavariya”nın Noyeri “Barselona”da çıxış edən Almaniya millisinin digər qapıçısı Ter Ştegenlə əvəzləyəcəyi haqda xəbərlər yayılıb.
Qeyd edək ki, 2011-ci ildən “Bavariya”da çıxış edən Noyerin klubla hazırkı müqaviləsi gələn ilin yayına qədərdir.