Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Biz “Çelsi”yik, həmişə titul üçün mübarizə aparırıq" - kapitan

Tarix: 28 May 2019 21:56

“Ötən ilin iyulundan baş məşqçimiz Mauritsio Sarri ilə gərgin işləyirik. Nəticədə çox yüksəlişlər oldu və finaldayıq".
 
Qol.az xəbər verir ki, bu sözləri  “Çelsi”nin kapitanı Sesar Aspilikueta Avropa Liqasının finalında sabah Bakıda "Arsenal"la keçiriləcəc görüş üçün təşkil edilən mətbuat kofransında deyib.

İspaniyalı müdafiəçi Avropa Liqasında titul qazanmağın "Arsenal" qədər onlara da vacib olduğunu bildirib: "Biz “Çelsi”yik və həmişə titul üçün mübarizə aparırıq. ÇL-ə vəsiqə başqa, Avroliqada qalib gəlmək başqadır. Yeddi ildir burada çıxış edirəm. Həmişə stadiona eyni fikirlə gəlirəm, bütün matçlara qalib gəlmək üçün çıxırıq. Belə olmayanda isə çox məyus oluruq. Kuboku başım üzərinə qaldırmaq haqda düşünmürəm. Düzdür, uşaqlıqdan bunu arzulayırdım, çox qürurverici məqamdır. Bu, karyeramız üçün əllavə titul olar. Ancaq oyuna köklənməliyik. Hər iki klub üçün önəmli matçdır”.

Xatırladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı saat 23:00-da başlayacaq.

 


Etiketlər:  Biz Çelsiyik həmişə titul üçün mübarizə aparırıq kapitan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ