Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

La Liqada mövsümün ən yaxşısı - Lionel Messi

La Liqada mövsümün ən yaxşısı - Lionel Messi

Tarix: 29 May 2019 00:08

İspaniya La Liqasında başa çatan 2018-2019 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az xəbər verir ki, "Marca" nəşrinin versiyasına əsasən, "Barselona"nın kapitani Lionel Messi hamını qabaqlayıb. Çempionatı 36 qolla başa vuran argentinalı superulduz 6-cı dəfə ən sərrast oyunçu üçün nəzərdə tutulan "Piçiçi" mükafatına da layiq görülüb. Leo bombardirlər yarışında ən yaxın izləyiciləri Luis Suares və Kərim Benzemadan 15 qol çox vurub.

Qeyd edək ki, Messi 6-cı dəfə Avropanın ən sərrast futbolçusu kimi "Qızıl buts" mükafatına da sahib çıxıb.

 


Etiketlər:  La Liqada mövsümün ən yaxşısı Lionel Messi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ