Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2020 19:50
Energetika Nazirliyi və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi təşəbbüsünə qoşulub.
Nazirlikdən Sonxeber.net-a bildirilib ki, Energetika Nazirliyi və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 139 min 606 manat vəsait köçürüb. Energetika Nazirliyi və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəhbərliyi bir aylıq əməkhaqqını tam, əməkdaşlar isə öz aylıq əməkhaqlarının bir qismini Fonda ayırıblar.