Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda koronavirus daşıyıcılarının sayı 30 minә yaxınlaşıb

İranda koronavirus daşıyıcılarının sayı 30 minә yaxınlaşıb

Tarix: 26 Mart 2020 13:48

Bakı. Elnur Bağışov - Trend:

İranda yeni koronavirus (COVID19) daşıyıcılarının sayı 29 406 nәfәrә çatıb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ötәn 24 saat әrzindә İranda bu virusa 2 389 nəfәr yoluxub.

Cahanpur әlavә edib ki, ötәn sutkada 157 nәfәrin bu virus nәticәsindә ölmәsi öz tәsdiqini tapıb. Belәliklә, İranda koronavirusun yeni növünün yayılması nәticәsindә 2 234 nәfәr ölüb. Tәxminәn 2 746 nәfәrin vәziyyәti ağır qiymәtlәndirilir.

Nazirlik rәsmisi 10 457 nәfәrin müalicә olunaraq sağaldığını deyib.

Cahanpur bildirib ki, İranda 50,8 milyon nәfәr koronavirus testindәn keçib.


Etiketlər:  İranda koronavirus daşıyıcılarının sayı 30 minә yaxınlaşıb


RƏYLƏR