Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb

Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb

Tarix: 24 Aprel 2024 22:26

Amerika Birləşmiş Ştatları ATACMS taktiki ballistik raketlərini ictimaiyyətə açıqlama vermədən Ukraynaya çatdırıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi Vaşinqton administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Adı açıqlanmayan rəsmi şəxs bildirib ki, çatdırılma son həftələrdə gizli şəkildə həyata keçirilib. Ukrayna isə aprelin 17-də səhər saatlarında Rusiya hədəfinə qarşı ilk dəfə olaraq ATACMS-dan istifadə olunub.

Raketlər ABŞ prezidenti Co Baydenin martın 12-də təsdiqlədiyi Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketinə daxil edilib.

Agentliyin həmsöhbəti Kiyevə dəqiq neçə raket göndərildiyini açıqlamayıb.

Milli.Az


Etiketlər:  Reuters ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb


RƏYLƏR