Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2020 20:04
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Yekaterinburq şəhərində keçirilən İddiaçılar turnirinin I dövrədən sonra yarımçıq dayandırılmasına münasibət bildirib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, yarışda iştirak üçün vəsiqə qazanan, lakin koronavirus pandemiyasının yayılması üzündən Rusiyaya yollanmaqdan boyun qaçıran qrossmeyster instaqram səhifəsində paylaşım edib.
Teymur FİDE-nin turniri 7 turdan sonra dayandırmasına qısa cavab verməyi lazım bilib: "Heç bir söz mənim indiki hisslərimi ifadə edə bilməz".
Qeyd edək ki, Rəcəbov hələ yarış start götürməzdən onun təxirə salınması tələbi ilə sürüb, FİDE-nin turniri keçirməkdə israrlı olması üzündən turnirdə oynamaq istəməyib.