Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2020 09:52
"Real" ev oyunlarını keçirdiyi "Santiaqo Bernabeu" stadionunu koronavirusla mübarizə üçün Səhiyyə Nazirliyinin istifadəsinə verib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə "kral klubu"nun rəsmi saytı məlumat yayıb.
Məlumata görə, stadion pandemiyaya qarşı mübarizədə tibbi ləvazimatlar və dərmanların toplanması üçün anbar kimi istifadə ediləcək.
Bildirilir ki, burada toplanan dərmanlar daha sonra ölkədə ehtiyac olan müxtəlif xəstəxanalara göndəriləcək.