Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fazil Mustafa: ''Tofiq Yaqublunun həbsinə birmənalı şəkildə hüquq prizmasından yanaşmaq lazımdır''

Fazil Mustafa: ''Tofiq Yaqublunun həbsinə birmənalı şəkildə hüquq prizmasından yanaşmaq lazımdır''

Tarix: 27 Mart 2020 15:24

Hansısa yol-qəza hadisəsini siyasiləşdirməyin heç bir mənası yoxdur.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Fazil Mustafa Tofiq Yaqublunun həbsinə dair açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları məsələni araşdırıb öz münasibətlərini bildirəcəklər:

"Bu kimi məsələlərdən siyasi nəticələr çıxarmaq zərərlidir. Hansı siyasi cinahda olmasından asılı olmayaraq hər kəs anlamalıdır ki, insanlar hansısa situasiyada əsəblərini cilovlaya, vətəndaşlarla müəyyən davranış qaydalarına əməl edə bilmirlərsə, bu siyasi gərginlikdə daha hansı addımlar ata biləcəyini və hansı mənfi nəticələr törədə biləcəyini proqnozlaşdırmaq mümkün olmaz. Bu, qətiyyən siyasi məsələ kimi anlaşılmamalıdır".

Deputat qeyd edib ki, hüquq-mühafizə orqanları məsələni araşdırıb öz hüquqi qiymətini verəcəklər:

"Hər kəsin məsuliyyəti törətdiyi əmələ görədir. Bu əməldə hansısa cinayət xarakterli motiv yoxdursa, hüquq-mühafizə orqanları yekunda məsələnin həllini özləri gerçəkləşdirəcəklər. Düşünürəm ki, bunu ayrıca siyasi ajiotaja çevirmək uğurlu addım deyil. Bu məsələni məişət zəminində baş verən bir hadisə kimi qiymətləndirsək daha rahat və komplekssiz araşdırma imkanları genişlənir. Məsələyə birmənalı şəkildə hüquq prizmasından yanaşmaq lazımdır".

Xatırladaq ki, martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi üzrə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə təqsirləndirilən şəxs paytaxt sakini Tofiq Yaqublunun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Etiketlər:  Fazil Mustafa Tofiq Yaqublunun həbsinə birmənalı şəkildə hüquq prizmasından yanaşmaq lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ