Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yuventus'' ''Real''dan daha bir oyunçu alır

''Yuventus'' ''Real''dan daha bir oyunçu alır

Tarix: 27 Mart 2020 15:52

"Real"ın müdafiəçisi Marselo karyerasını İtaliyada davam etdirə bilər.

Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, futbolçu yayda "Yuventus"a keçməyə yaxındır.

"Marca" yazır ki, Turin təmsilçisi hələ ötən mövsümdən oyunçunu transfer etmək istəyir. Komandanın baş məşqçisi Mauritsio Sarri müdafiəçinin alınmasını istəyib.

Marselonun "Real"la müqaviləsi iki il sonra başa çatır. Ancaq o, "Yuventus"a keçməyə razılıq versə, klub ona mane olmayacaq. Ronaldo ilə dost olan braziliyalı futbolçunun İtaliyaya getməsinə ehtimal böyükdür. Portuqaliyalı ötən il mətbuata verdiyi açıqlamasında Marselonu "Yuventus"da görmək istədiyini bildirmişdi.

Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsüm "Real"da 11 oyun keçirib və 3 assist edib.


Etiketlər:  Yuventus Realdan daha oyunçu alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ