Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hava limanı istiqamətində ekspress xətt avtobuslarının fəaliyyəti məhdudlaşdırıldı

Hava limanı istiqamətində ekspress xətt avtobuslarının fəaliyyəti məhdudlaşdırıldı

Tarix: 27 Mart 2020 16:18

Koronavirus (COVİD-19 ) xəstəliyinin ölkməizdə yayılmasının qarşısının alınması məqsədi ilə bir çox yerli və beynəlxalq istiqamətlər üzrə uçuşlar dayandırıldığından hava limanı-28 May H1 ekspress marşrut xətti üzrə avtobusların hərəkət cədvəlində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, dəyişikliyə əsasən, H1 ekspress xətti üzrə sərnişindaşıma yalnız həftənin cümə axşamı günü bir ədəd avtobus olmaqla həyata keçiriləcək. Həmin gün ekspress xətt avtobusu ilə 28 May metrostaniyasından hava limanına saat 08:00, 10:30 və 16:30 olmaqla 3 gediş reallaşdırılacaq. Bu vaxtlar Bakı-Moskva, Bakı-Naxçıvan və Bakı-London reyslərinin uçuş cədvəlinə uyğun olaraq müəyyənləşdirilib.


Etiketlər:  Hava limanı istiqamətində ekspress xətt avtobuslarının fəaliyyəti məhdudlaşdırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ