Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2019 11:52
PSJ-nin və Braziliya millisinin futbolçusu Neymar zədələnib.
Qol.az-ın "Globo Espote"yə istinadən yaydığı xəbərə görə, o, yığmada məşq zamanı dizindən ağrı hiss edib. 27 yaşlı hücumçu bir neçə tapşırığı yerinə yetirmək istəsə də, bunu bacara bilməyib və meydanı həkimin köməyi ilə tərk edib.
Dizində diskomfort hiss edən Neymarın müalicəsinə artıq başlanılıb.
Qeyd edək ki, Neymar Amerika kuboku turniri üçün milliyə çağırılıb.