Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2020 08:24
ABŞ Konqresinin aşağı palatası, Prezident Donald Tramp tərəfindən iqtisadiyyata dəstək məqsədi ilə imzalanan qanuna əsasən, koronavirusun fəsadlarının aradan qaldırılması üçün ayrılan 2 trilyon dollar vəsaitin nəyə sərf olunacağını yaxından izləmək üçün işçi qrupu yaradacaq.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Nümayəndələr palatasının spikeri Nensi Pelosi məlumat verib.
"Konqres ayrılan vəsaitin nəyə xərcləndiyini bilmək üçün öz nəzarət səlahiyyətlərindən istifadə edəcək və Nümayəndələr palatası bu məqsədlə işçi qrup yaradacaq", - deyə "Reuters" Pelosidən sitat gətirib.