Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Çempionatı dayandırın!” – Futbolçudan çağırış

“Çempionatı dayandırın!” – Futbolçudan çağırış

Tarix: 28 Mart 2020 12:02

Belarusun “Rux” klubunun futbolçusu Joao Villiam ölkədə çempionatın davam etdirilməsindən narahatdır.

Qol.az xəbər verir ki, Belarus Premyer Liqası Avropada fəaliyyətini davam etdirən yeganə çempionatdır.

Braziliyalı Villiam UOL nəşrinə müsahibəsində deyib: “Ümid edirəm ki, çempionat dayandırılacaq. Mən bir az qorxuram. Oyun zamanı narahatlıq keçirmirəm. Ammaa final fiti səslənən kimi sual yaranır: mən virusa yoluxmamışam ki? Mən müdafiəçiyəm. Rəqibimə toxunmaya bilmərəm. Bu, bütün oyun boyu baş verir. Mənim anam, atam və həyat yoldaşım zəng vurub xahiş edirlər ki, oteldən çıxmayım. Problem odur ki, burda hamı sakitdir, insanlar maskasız gəzirlər, özlərini adi günlərdəki kimi aparırlar. Mənim agentim deyir ki, gələn həftə çempionatın dayandırılması mümkündür. Ailəm və mən özüm narahatam. Çempionatın dayandırılması mənim və hamının səhhəti üçün yaxşıdır”.

 


Etiketlər:  Çempionatı dayandırın Futbolçudan çağırış


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ