Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Kommunal xərclərin ödənilməsinə güzəştlər tətbiq edilməlidir” - VİDEO

“Kommunal xərclərin ödənilməsinə güzəştlər tətbiq edilməlidir” - VİDEO

Tarix: 28 Mart 2020 16:40

Son günlər sosial şəbəkələrdə kommunal ödənişlərdə güzəşt məsələləsi müzakirə olunur. Buna səbəb koronovirus infeksiyasına yoluxmaq təhlükəsi qarşısında evdən çıxmayan vətəndaşların qaz, elektrik enerjisi, sudan daha çox istifadə etməsidir. Belə olan halda vətəndaşların bu istiqamətdə xərcləri artır. Digər tərəfdən bəzi vətəndaşların iş yerlərinin bağlanması və ödəniş etməkdə yaranan çətinlik məsələnin müzakirəsini xeyli dərəcədə aktuallaşdırır.

Sonxeber.net bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

Sakin: "Kommunal xərclərdə dövlətin dəstəyi olsa, yaxşı olar. İş yerləri bağlanır, bəziləri işdən çıxarılır, işləri dayanır, maaş ala bilmirlər, ona görə də belə bir şey olsa, çox yaxşı olar. Kommunal ödənişlər azalsa və ya bir neçə aylıq tələb olunmasa, daha yaxşı olar".

Sakin: "Əgər insanların evdə oturması tələb olunursa, dövlətin bu məsələdə dəstək verməsi çox yaxşı olardı. Karantin müddəti bitənə qədər güzəştlər edilsə, daha yaxşı olar".

Millət vəkilləri indiki vəziyyətdə vətəndaşların xərclərini yüngülləşdirməkdən ötrü hokumətin hazırlağı tədbirlər paketində kommunal ödənişlərdə güzəşt məsələsini zəruri hesab edirlər.

Fazil Mustafa - Milli Məlisin deputatı: "Mütləq kommunal güzəştlər olmalıdır. Adam işləyə bilmir, işləyə bilmirsə, güzəştli yanaşmaq lazımdır. Çünki vətəndaşın gəliri artıq əvvəlki səviyyədə deyil. Ona görə də burada mütləq hərtərəfli hamı bir-birinə anlayış göstərərək, müəyyən güzəştlərə nail olmaq vacibdir".

Koronovirusla mübarizə çərçivəsində insanlara evdə qalmaq tövsiyə edilir. O zaman kommunal xərclərdə güzəştə getmək əhali üçün sevidirici olar.

Fazil Mustafa - Milli Məlisin deputatı: "Vətəndaş əgər işləmirsə, bu xərcləri necə ödəsin? İşləyəndə bu pul çıxır, çıxmayandan sonra neyləsin? Müəyyən dərəcədə ödəniş məsələsində güzəştlər edilməsi nəzərdə tutula bilər. Bunu da bir sosial paket formasında hazırlayıb ortaya qoyumaq lazımdır. Bu, vəziyəti bir az yüngülləşdirə bilər. Bunlar hamısı müvəqqəti xarakter daşıyır. Çünki vəziyyət düzələndən sonra təzədən bərpa etmək olar".

Hikmət Babaoğlu - Milli Məclisin deputatı: "Problemi hokumətin diqqətinə təqdim etmək lazımdır ki, bununla bağlı dərhal qərarlar qəbul etsin. Çünki nəticədə söhbət bizim milli təhlükəsizliyimizdən gedir. Hər hansı bir kommunal ödənişin 1 gün və ya 5 gün gec ödənməsi  böyük bir faciə deyil".

Qeyd edək ki, əhaliyə güzəştlərlə bağlı məsələ, hələ ki, işçi qrupunun  müzakirəsindədir. Aprelin əvvəlində bu təkliflər tam şəkildə açıqlanacaq.


Etiketlər:  Kommunal xərclərin ödənilməsinə güzəştlər tətbiq edilməlidir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ