Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan yığmasının 2 üzvü karantinə alındı

Azərbaycan yığmasının 2 üzvü karantinə alındı

Tarix: 28 Mart 2020 17:56

Voleybol üzrə Azərbaycan millisinin 2 üzvü karantinə alınıb.

Qol.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, İsraildə çıxış edən Yuliya Kərimova və Polşada legioner həyatı yaşayan Marqarita Əzizova ölkəmizə yeni qayıtdıqlarından qaydalara uyğun olaraq, təcrid olunublar.

Onlar müəyyən edilmiş karantin müddətini keçdikdən sonra evlərinə yollanacaqlar.

Bundan başqa, koronavirus pandemiyası səbəbindən ölkə xaricində oynayan Azərbaycan millisinin bəzi oyunçuları da artıq evlərinə dönüblər. "Al Nassr Saudi" klubunda çıxış edən Vüqar Bayramovla Andrey Vasilenko hələ də Bəhreyndədirlər və onlar çempionatın tam sona çatmasını gözləyirlər.

Dmitri Obodnikov Gürcüstana, Dmitri Baranov isə doğulduğu Rusiyaya qayıdıb. Kişilərdən ibarət millinin ölkəmizdə çıxış edən digər üzvləri isə Bakıdadırlar. Onların vəziyyəti yaxşıdır və milli komandanın həkimləri müntəzəm olaraq oyunçularla əlaqə saxlayırlar.

Qadınlardan ibarət milli komandanın üzvü Yelizaveta Səmədova Rusiyanı tərk edərək Bakıya qayıdıb və hazırda evindədir. Kristina Yaqubova, Anastasiya Qurbanova Rusiyada, Anastasiya Bessonova isə Ukraynada ailəsinin yanındadır.

Bununla belə, çıxış etdikləri ölkələrdə qalan voleybolçular da var. Ayşən Abduləzimova öz istəyi ilə Macarıstanda, Odina Əliyeva və millinin sabiq üzvü Natalya Məmmədova, eləcə də gənc məşqçi Ziya Rəcəbov isə uçuşların dayandırılması ilə əlaqədar İndoneziyada qalıblar. Olena Həsənova hazırda Fransada, Polina Rəhimova isə Braziliyadadır.

Ölkəmizdə çıxış edən yığmanın digər üzvləri isə hazırda Bakıda evlərindədirlər.

 


Etiketlər:  Azərbaycan yığmasının üzvü karantinə alındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ