Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan niyə ən çox kişilər vəfat edir?

Koronavirusdan niyə ən çox kişilər vəfat edir?

Tarix: 28 Mart 2020 20:30

Koronavirus epidemiyası bəzi fərdlərin ciddi formada təsirlənməsinə gətirib çıxarır. Açıqlanan hesabatlara görə isə kişilərin ölmə ehtimalı qadınlardan daha yüksək olaraq görünür. Bəs bu fərqin səbəbi nədir? Mütəxəssislər hər kəs tərəfindən maraqlanılan bu suala cavab vermək üçün bəzi şərhlər verdi.

Araşdırmaçılar tərəfindən istifadə edilən mövcud məlumatlar, həyat tərzi fərqləri ilə yanaşı kişilərin əvvəldən var olan sağlamlıq şərtlərinin COVID-19 virusuna qarşı qadınlardan daha çox ölüm riskinə düçar olduğunu göstərir. Koronavirusu araşdıran səhiyyə işçiləri, COVID-19 virusuna yoluxan əksər insanın xəstəlikdən xilas olacağı və bəzilərinin hər hansı bir simptom belə yaşamayacağı nəticəsinə gəlib. Ancaq virus, xüsusilə yaşlılar və əvvəldən xroniki narahatlıqları olan insanlar da daxil olmaqla bir çox xəstə kateqoriyası üçün həyatı təhdid edir.

İlk günlərdən bəri, epidemiyoloqlar COVID-19 virusunun kişiləri qadınlardan daha çox öldürdüyünü, lakin buna nəyin səbəb olduğuna dair qəti bir cavab olmadığını söyləyir.

Hesabatda, kişilərin daha çox risk altında olmasının bir səbəbi, siqaret və spirtli içki daxil olmaqla qeyri-sağlam vərdişlərə qadınlardan daha çox aludə olması kimi açıqlandı. Bəzi araşdırmaçılar isə qadınların virus infeksiyalara qarşı kişilərdən daha güclü bir immunitetə sahib olduqlarını bildirdi.


Etiketlər:  Koronavirusdan niyə çox kişilər vəfat edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ