Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnfarkt keçirənlər, təzyiqi olanlar, əməliyyat edilmiş xəstələr bunları etməlidir

İnfarkt keçirənlər, təzyiqi olanlar, əməliyyat edilmiş xəstələr bunları etməlidir

Tarix: 28 Mart 2020 22:45

Yaşlı insanlarda həm koronavirusa yoluxmaq ehtimalı, həm də xəstəliyi daha ağır keçirmə, fəsadlaşma riski daha yüksəkdir. İkinci risk qrupuna daxil olan şəxslər isə ürək-damar xəstəliyi olanlardır. Burada isə yaş önəmli deyil.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri doktoru, professor Kamran Musayev deyib.

Onun sözlərinə görə, yaşından asılı olmayaraq, daha əvvəl ürək-damar problemi yaşayanlar, infarkt keçirənlər, qapalı və ya açıq formada ürək əməliyyatı olunanlar həm yoluxma, həm də xəstəliyin fəsadlaşması baxımından risk qrupuna daxildirlər.

Kardiocərrah, ürək-damar xəstələrinə evdən çıxmamağı, sosial təcrid prinsiplərinə daha ciddi əməl etməyi tövsiyə edib. Onun sözlərinə görə, ürək-damar xəstələrinin koronavirus infeksiyasına görə, dərman qəbulunu dayandırmalarına ehtiyac yoxdur. Həkim bildirib ki, ələlxüsus ürək-damar probleminə görə, hər zaman içilən qan durulducu dərmanların qəbulu davam etməlidir. Çünki bütün virus infeksiyaları qanda laxtalanmanı artırır. Oan görə də bu dərmanlar, eləcə də təzyiq dərmanları mütləq qəbul edilməlidir.

Milli.Az


Etiketlər:  İnfarkt keçirənlər təzyiqi olanlar əməliyyat edilmiş xəstələr bunları etməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ