Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan xarici ölkələrə fındıq ixracını artıracaq

Azərbaycan xarici ölkələrə fındıq ixracını artıracaq

Tarix: 29 Mart 2020 08:08

İstehsal olunan fındıq məhsulunun yalnız 5 faizi daxili bazarın payına düşür.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının prezidenti İsmayıl Orucov deyib.

O bildirib ki, istehsal olunan məhsulun 95 faizi xaricə ixrac olunur:

"Ötən il fındıq istehsalı 23 157 ton təşkil edilb. Daxili bazarda 1 157 ton məhsul satılıb. Son 3 il ərzində fındığın məhsuldarlığı 2 dəfə artıb. Bu günədək fındıq əkini sahələri 83 min hektara bərabərdir. Müqayisə üçün qeyd edək ki, 3 il əvvəl fındıq sahələri 40 min hektar təşkil edirdi. Əkin sahələrinin genişləndirilməsindən sonra, ixrac coğrafiyasının artırılması planlaşdırılır".

İ.Orucovun sözlərinə görə, bu il fındıq istehsalının təxmini həcmi aprelin sonlarında məlum olacaq, belə ki, yaz iqlim şəraiti məhsuldarlığa ciddi təsir göstərir:

"Bu gün əsas ixrac konteynerlərlə Rusiya və İtaliyaya həyata keçirilir. 2019-cu ildə xarici bazarlara 22 min ton fındıq ixrac edilib. İxracdan əldə edilən gəlir 125 milyon dollar təşkil edib".

İxrac coğrafiyasının genişləndirilməsi məsələsinə toxunan Assosiasiya sədri qeyd edib ki, fevral ayında Dubayda keçirilmiş "Gulfood-2020" beynəlxalq qida və içki sərgisində iştirakdan sonra xarici şirkətlər Azərbaycan fındığına maraq göstəriblər və bu planların reallaşdırılması üzrə tədbirlər görülür.


Etiketlər:  Azərbaycan xarici ölkələrə fındıq ixracını artıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ