Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha bir yarış təxirə salınıb

Daha bir yarış təxirə salınıb

Tarix: 29 Mart 2020 08:34

Koronavirus pandemiyası səbəbindən MotoGP yarışlarında ardıcıl beşinci Qran-Pri təxirə salınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə qurumun mətbuat katibliyi məlumat yayıb.

Təqvimə əsasən, mayın 1-dən 3-dək İspaniyanın Xeres şəhərində keçirilməsi nəzərdə tutulan Qran-Pri qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Xatırladaq ki, bundan əvvəl Qətər, Tailand, Argentina və ABŞ Qran-priləri başqa vaxta keçirilib.

Milli.Az


Etiketlər:  Daha bir yarış təxirə salınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ