Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yeni xəstəxananın ilk olaraq məhz koronaviruslu xəstələrə xidmət göstərməsi xalq tərəfindən məmnunluqla qarşılanır'' - Sevil Mikayılova

''Yeni xəstəxananın ilk olaraq məhz koronaviruslu xəstələrə xidmət göstərməsi xalq tərəfindən məmnunluqla qarşılanır'' - Sevil Mikayılova

Tarix: 29 Mart 2020 17:48

Əminliklə söyləyə bilərik ki, müasir Azərbaycan səhiyyəsi hazırkı çağırışlara cavab vermək gücündə olduğunu aydın şəkildə göstərdi.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu millət vəkili Sevil Mikayılova deyib.

Millət vəkili bildirib ki, Azəybaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılmış "Yeni Klinika" tibb mərkəzi ölkəmizdə tibbi xidmətlərin təkmilləşdirilməsi istiqamətində aparılan davamlı və təxirəsalınmaz işlərin ən parlaq nümunəsidir.

"Yeni texnologiyalara əsaslanan bu tibb ocağı aparıcı xəstəxanalardan biridir. Təəssüf hissi ilə deməliyik ki, bu gün dünyanı sarsıdan koronavirus xəstəliyinin artım tempi insanlarda narahatlıq yaradır. Yeni xəstəxananın ilk olaraq məhz koronaviruslu xəstələrə xidmət göstərməsi əlbəttə mövcud vəziyyətdə məmnunluqla qarşılanır və xəstəliklə mübarizədə əlavə imkanlar yaradacaq", - deyə S.Mikayılova vurğuladı.

Millət vəkili həmçinin qeyd edib ki, 2004-cü ildən milli səhiyyə sistemində aparılan quruculuq işləri hazırda dünyanı silkələyən koronavirus pandemiyasının miqyasını ölkə üzrə kiçiltməyə imkan verir.

"Azərbaycan Prezidenti İlham Əliyevin ölkə səhiyyəsinin inkişafı və tibb sahəsinin təkmilləşdirilməsi üçün gördüyü işlər göz qabağındadır. Əgər hazırkı səviyyədə səhiyyə infrastrukturu formalaşdırılmasaydı, pandemiya ilə mübarizə aparmaq mümkün olmazdı. Hər bir Azərbaycan vətəndaşı bu çətin dönəmdə öz dövlətinə güvənir və sağlamlığımızın keşiyində dayanan Azərbaycan həkimlərinin yorulmaz fəaliyyəti həqiqətən də ümid mənbəyidir. Gecə-gündüz yorulmadan, öz həyatlarını riskə ataraq xəstəliklə mübarizə aparan tibb işçiləri öz vəzifə borclarını peşəkarcasına yerinə yetirirlər. Hər birimizin sağlamlığı və təhlükəsizliyi həm də onların əməyinin nəticəsində mümkündür. Ölkə rəhbəri tərəfindən bu şərəfli əməyə verilən yüksək dəyər isə öz növbəsində onları daha da ruhlandırır, məsuliyyətli fəaliyyətlərinə əlavə stimul verir. Azərbaycan həkimləri vətəndaşlarımızın sağlamlığının keşiyində ayıq-sayıq dayanıb, lakin hər birimiz öz üzərimizə düşən məsuliyyəti sona qədər dərk edib dövlətin pandemiyaya qarşı mübarizədə irəli sürdüyü bütün tələbləri birmənalı olaraq diqqətə almalıyıq. Məhz bu həmrəylik və birlik bizi xəstəliklə mübarizədə daha güclü edər. Hamımız bir məqsəd ətrafında birləşərək, özümüzü və ətrafımızdakıları qorumaq üçün məsuliyyət, iradə və əzm nümayiş etdirməliyik. Bütün qazandığımız uğurların əsasında xalq-iqtidar birliyi dayanır və Biz birlikdə güclüyük!"


Etiketlər:  Yeni xəstəxananın olaraq məhz koronaviruslu xəstələrə xidmət göstərməsi xalq tərəfindən məmnunluqla qarşılanır Sevil Mikayılova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ