Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2020 18:10
Bir sıra ölkələrin klubları avrokubokların 2020/21 mövsümünə buraxılmayacaq.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, UEFA mövsümü başa çatdırmayacaq və nəticələri ləğv edəcək ölkələrin komandalarını qitə miqyaslı turnirlərdə görmək istəmir.
Qitə futbol qurumu koronavirus pandemiyası üzündən dayandırılan milli çempionatların başa çatdırılmasının tərəfdarıdır. Avrokuboklarda iştirak üçün ya liqalar sonadək oynanılmalı, ya da indiki mövcud nəticələr rəsmən tanınmaqla yekunlaşmalıdır.
Qeyd edək ki, UEFA-ya üzv olan 55 ölkədən yalnız Belarusda çempionat dayandırılmayıb.