Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda 3 avtobusun hərəkət sxemi dəyişdirildi

Bakıda 3 avtobusun hərəkət sxemi dəyişdirildi

Tarix: 29 Mart 2020 21:24

Bakı. Trend:

Aparılan tikinti-bərpa işləri ilə əlaqədar olaraq, Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə bildirilib ki, tikinti-bərpa işləri ilə əlaqədar olaraq mart ayının 30-u səhər saatlarından Bibiheybət məscidindən şəhər və əks istiqamətdə, yeni yolda nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq ediləcəyindən ərazidə fəaliyyət göstərən 120,125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemlərində dəyişiklik edilərək köhnə Bibiheybət yolu – 20-ci Sahə dairəsi ilə təşkil ediləcəkdir.


Etiketlər:  Bakıda 3 avtobusun hərəkət sxemi dəyişdirildi


RƏYLƏR