Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da tibbi maskaların təkrar sterilizasiyasını mümkün edən qaydalar təsdiqlənib

ABŞ-da tibbi maskaların təkrar sterilizasiyasını mümkün edən qaydalar təsdiqlənib

Tarix: 30 Mart 2020 11:04

Bakı. Trend:

ABŞ-ın Qida məhsulları və dərmanların keyfiyyətinə nəzarət idarəsi qıtlıq müşahidə olunan tibbi maskaların yeni sterilizasiya qaydalarını təsdiq edib.

Trend-in məlumatına görə, bu qaydaları Ohayo ştatında fəaliyyət göstərən "Batelle Memorial Institute" təşkilatı hazırlayıb.

Yeni üsul N95 tipli maskaları 20 dəfəyədək dezinfeksiyaya imkan yaradacaq.

Qeyd olunur ki, təşkilat yeni texnologiya ilə gündə 160 minədək maskanı sterilizə etmək iqtidarındadır.


Etiketlər:  ABŞ tibbi maskaların təkrar sterilizasiyasını mümkün edən qaydalar təsdiqlənib


RƏYLƏR