Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Milli Məclisin sədri: Hamı virusa qarşı mübarizədə fəal iştirak etməli, verilən bütün tövsiyələrə əməl etməlidir

Milli Məclisin sədri: Hamı virusa qarşı mübarizədə fəal iştirak etməli, verilən bütün tövsiyələrə əməl etməlidir

Tarix: 30 Mart 2020 11:27

11:25

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 16 məsələ daxil edilib.

İclası açıq elan edən Milli Məclisin spikeri Sahibə Qafarovanın təklifi ilə son 100 ildə və ondan əvvəlki dövrdə erməni şovinistlərinin qurbanı olmuş günahsız insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra spiker son günlərin gündəmini narahat edən koronavirus infeksiyası və ona qarşı Azərbaycanda aparılan qabaqlayıcı tədbirlərdən söz açıb.

S.Qafarova deyib ki, Azərbaycanda virusla mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl edilir, tədris təxirə salınıb, iri ticarət obyektlərinin fəaliyyəti dayandırılıb və digər tədbirlər həyata keçirilib.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradıldığını xatırladan S.Qafarova bildirib ki, Milli Məclis əməkdaşları Fonda 250 min manatdan artıq vəsait köçürüb.

Spiker əlavə edib ki, hamı virusa qarşı mübarizədə fəal iştirak etməli, verilən bütün tövsiyələrə əməl etməlidir: "Mən inanıram ki, biz bu vəziyyətdən üzüağ çıxacağıq".

-------

11:14

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 16 məsələ daxil edilib.

İclası açıq elan edən Milli Məclisin spikeri Sahibə Qafarovanın təklifi ilə son 100 ildə və ondan əvvəlki dövrdə erməni şovinistlərinin qurbanı olmuş günahsız insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli.Az


Etiketlər:  Milli Məclisin sədri Hamı virusa qarşı mübarizədə fəal iştirak etməli verilən bütün tövsiyələrə əməl etməlidir


RƏYLƏR