Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2020 14:44
Mənzil İnşaatı Dövlət Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, dövlət başçısının ölkəmizdə koronavirus infeksiyasına (Covid-19) yoluxma hallarının qarşısının alınması məqsədilə aparılan tədbirlərin gücləndirilməsi və əhalinin sağlamlığının qorunması barədə çağırışına dəstək olaraq Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Agentliyin və onun tabeliyində olan "MİDA" MMC-nin əməkdaşlarının könüllü istəyi ilə onların aylıq vəzifə maaşları hesabına Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat məbləğində vəsait köçürülüb.