Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Körpələr niyə ağlayır? - Pediatr əsas səbəbləri AÇIQLADI

Körpələr niyə ağlayır? - Pediatr əsas səbəbləri AÇIQLADI

Tarix: 30 Mart 2020 21:21

Doğuşdan öncə körpənin ağciyərlərinin vəzifəsi göbək bağı vasitəsilə ananın üzərinə düşür. Körpə doğulandan sonra göbək bağı ilə olan əlaqəsi kəsilir. Bundan sonra onun qapalı ağciyərləri açılmağa başlayır. Bu, ağrılı bir dönəmdir. Elə körpənin dünyaya gələn kimi ağlamasının səbəbi də ağciyərlərinin açılması ilə bağlıdır.

Sonxeber.net türkiyəli pediatr Dicle Çelikin körpələrin ağlama səbəbləri ilə bağlı paylaşdığı bilgiləri təqdim edir.

Körpənin ağlaması daha çox valideynləri narahat edir. Ana və atalar ailənin yeni üzvünün səsindən gərginləşərək öz aralarında mübahisə belə edə bilirlər. Burada körpənin niyə ağladığının kəşf edilməsi və ona uyğun şəkildə sakitləşdirilməsi çox önəmlidir.

Körpələrin ağlama səbəbləri bu formada sıralana bilər:

Acanda ağlaya bilərlər: Özəlliklə yeni doğulan körpələrə hər istədiyində ana südü verilməlidir. Bəslənmə vaxtının üzərindən 3 saat keçibsə, körpə oyandırılmalı və süd verilməlidir. Onun mədəsi kiçik olduğundan həzm sürətlə gedir və daha tez acır.

Otaq isti ola bilər: Adətən körpələrə daha tez soyuq olduğunu düşünürük. Buna görə də yazda pəncərələr bağlı, qışda isə otağın istiliyi daha çox olur. Bu, körpələri narahat edə və onların ağlamasına səbəb ola bilər. Otağın 21-24 dərəcə temperaturda saxlanılması daha münasibdir.

Paltarlar sıxa bilər: Körpələrin ana bətnindən çıxdıqdan sonra üşüyəcəkləri fikrindən yola çıxan bir çox ailə onları qalın geydirmək istəyir. Bu isə yanlışdır.

Havasızlıq ağlada bilər: Soyuq havada evlərdə kondisioner işlədilir. Otağın havası bununla əlaqədar olaraq azalır. Havasız otaqda körpələr narahat ola bilər. Buna görə də havalandırmaya diqqət edilməlidir.

Burunları tutula bilər: Əgər körpənin burnu tutularsa, ağızdan nəfəs ala bilmədiyi üçün ağlamağa başlayacaq. Pediatrın məsləhət gördüyü dərmanlarla körpənin burnu təmizlənməlidir.

Qaz narahat edə bilər: Körpələrdə 2 və ya 3-cü həftədə qaz sancısı yarana bilər. Qaz sancısı üçün möcüzəvi dərman yoxdur. Bu, keçici bir dövrdür.

Qida allergiyaları: Anaların südvermə dövründə yediyi bəzi qidalar körpələrdə allergiyaya səbəb ola bilər.

Qulaq infeksiyaları: Qulaqdakı infeksiyalar da ağlamağa səbəb ola bilər. Körpə ağlayarkən qulaqlarına toxunaraq onları çəkirsə, bu zaman mütəxəssisə müraciət etmək məsləhətdir.

Dişçıxartma dönəmi: Bəzi körpələr dişçıxartma dönəmini ağlamaqla keçirir. Bu dövrdə eyni zamanda qusma, ishal da ola bilər. (publika.az)


Etiketlər:  Körpələr niyə ağlayır Pediatr əsas səbəbləri AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ