Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tramp ABŞ-da bir milyondan artıq koronavirus testinin keçirildiyini bildirib

Tramp ABŞ-da bir milyondan artıq koronavirus testinin keçirildiyini bildirib

Tarix: 31 Mart 2020 07:24

Bakı. Trend:

ABŞ-da bir milyondan artıq yeni növ koronavirus (COVİD-19) testi keçirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinq zamanı deyib.

D.Tramp bildirib: "Bu gün biz koronavirusa qarşı müharibədə tarixi mərhələyə çatmışıq. Bir milyondan artıq amerikalı testdən keçib, bu, hər hansı digər ölkədən daha çoxdur. Testlər dəqiqdir. Səhiyyə və Sosial Xidmətlər naziri Aleks Azar fantastik iş görüb".

A.Azarın sözlərinə görə, ölkədə gün ərzində 100 min koronavirus testi keçirilir: "Bu işdə iştirak edən bütün tərəfdaşlara təşəkkür edirəm".

Ağ Evdə keçirilən brifinqə administrasiya nümayəndələri beş dəqiqə ərzində koronavirusun mövcudluğunu müəyyənləşdirən ekspress-test gətiriblər. D.Tramp testi qutusundan çıxararaq nümayiş etdirib.

Qeyd edək ki, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universitetinin məlumatına əsasən, ABŞ-da koronavirusa 163 429 nəfər yoluxub, 3 008 nəfər dünyasını dəyişib, 5 764 nəfər isə sağalıb.


Etiketlər:  Tramp ABŞ da bir milyondan artıq koronavirus testinin keçirildiyini bildirib


RƏYLƏR