Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xiaomi şirkəti Mi Note 10-un Lite versiyası üzərində çalışır

Xiaomi şirkəti Mi Note 10-un Lite versiyası üzərində çalışır

Tarix: 31 Mart 2020 07:44

Keçən ilin noyabr ayında Xiaomi şirkəti Mi Note 10 smartfon modelini təqdim etmişdi. Bu smartfon 108 MP-lik kameraya sahib ilk smartfon idi. Lakin bu ayın əvvəlində şirkət bildirdi ki, Mi Note 10 smartfonu satışdan çıxarılacaq. Bu proses hələki Çin bazarında reallaşdırılır. Ortaya çıxmış yeni məlumata əsasən isə Xiaomi Mi Note 10-nun Lite versiyası satışa çıxacaq.

Bu barədə Gagadget saytı xəbər verib. Məsələ burasındadır ki, M2002F4LG model nömrəsinə sahib bilinməyən smartfon modeli ABŞ-ın əlaqələr üzrə federal komissiyasının (FCC) məlumatlar bazasında ortaya çıxıb. Bilinməyən smartfonun model nömrəsi Mi Note 10-nun model nömrəsinə (M1910F4G) çox yaxındır. Buna görə də insayderlər güman edirlər ki, sözügedən bilinməyən smartfon əslində Mi Note 10 Lite-dır.

Məlumat sızıntısı vasitəsilə smartfonun bir sıra texniki özəllikləri artıq məlumdur. Belə ki, smartfon 6.47 düym ekran, Snapdragon 730G prosessoru, 64 MP + 8 MP + 8 MP + 5 MP + 2 MP beşli arxa kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 5260 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Çox güman ki. Mi Note 10 Lite modelinin qiyməti 285$-dan aşağı olacaq. Belə ki, şirkət 5G şəbəkə dəstəyinə sahib olmayan smartfonları üçün məhz bu cür satış qiyməti strategiyasını təyin edib.


Etiketlər:  Xiaomi şirkəti Note Lite versiyası üzərində çalışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ