Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2020 10:04
"Azərbaycanda bir müddətdir ki, çempionat dayandırılıb. Ən azı mayın sonuna qədər oynamağın təhlükəsiz olmayacağına dair rəsmi məlumat aldıq. Ümumilikdə həyatıma gəldikdə, bir neçə gün əvvələ qədər hər şey nisbətən normal idi. Saat 15:00-a qədər kafe və restoranlar açıq idi. Daha sonra yalnız market və apteklərin açıq olacağına və axşam 5-dən sonra insanların evlərini tərk etməməsinə qərar verildi".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Jelko Sopiçin köməkçisi olan Mark Lozo Xorvatiya mətbuatına müsahibəsində deyib.
O söyləyib ki, "Sabah"da işləmədən öncə Azərbaycan futbolu haqqında çox şey bilmirdi: "Amma indi bir neçə aydır ki, yaxşı mənada təəccübləndiyimi söyləyə bilərəm. İki klub keyfiyyət baxımından ayrıdır. Bunlar "Neftçi" və "Qarabağ"dır. Digər klublar isə eyni səviyyədədir. Hazırda Liqada 8 komanda var, amma növbəti mövsüm 10 olacaq".
"Sabah"ın xorvat məşqçisi hazırda Premyer Liqada 6-cı pillədə olmaları haqda da danışıb: "Turnir cədvəlindəki vəziyyətdən çox məmnun deyilik, amma xal fərqi çox azdır və məqsədimiz turniriüçüncü pillədə bitirməkdir. Jelko və mənə burada bir şey etmək üçün vaxt lazımdır. Buna görə səbrli olmalıyıq".